Digər

İndoneziyada GÜCLÜ ZƏLZƏLƏ: Ölənlər var, sunami təhlükəsi elan edildi

Metbuat.az

İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə zəlzələ baş verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yerli “Metro TV” təbii fəlakət nəticəsində ilkin məlumatlara görə, azı 3 nəfərin həyatını itirdiyini bildirib.

Ölənlər sayının artacağı istisna edilmir.

İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Təşkilatının məlumatına görə, zəlzələ ocağı Lombak əyalətindən 27 kilometr şimali-şərqdə, 7 kilometr dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan olunub