Ölkə

İki avtomobil qəzası baş verib, yaralananlar var

Metbuat.az

Qazax rayonunda xəsarətlə nəticələnən 2 avtomobil qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, ilk hadisə Kosalar kəndi yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində bir sərnişin xəsarət alıb.

Digər hadisə isə Qazax şəhərində "Avtovağzal"ın önündə baş verib. Burada da 2 avtomobil toqquşub və 1965-ci il təvəllüdlü İlham Abdullayev xəsarət alıb. Hər iki qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisələrlə bağlı araşdırma aparılır.

Milli.Az