Ölkə

İçkili kişi arvadını döyərək xəstəxanalıq edib

Metbuat.az

Sumqayıtda ər içki üstündə arvadını döyüb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Novruz qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü İsmayılova Hürü Nazim qızı yaşadığı Sumqayıt şəhəri Novruz qəsəbəsi ev 11 mənzil 1 də əri tərəfindən döyülüb. Qadın aldığı ağır xəsarərlərlə xəstəxanaya çatdırılıb.

Məlumata görə, ər içki üstündə arvadını döyərək xəstəxanalıq edib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az