Güzəştli kreditdən daha çox sahibkar yararlanacaq - YENİLİK - VİDEO
Sahibkarlığa Kömək Milli Fondunun hüquqi statusu dəyişdirilərək publik hüquqi şəxs olub. Bu isə həm Fondun fəaliyyətini genişləndirməyə, həm də daha çox sahibkara güzəştli kreditlər verməyə səbəb olacaq.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Sahibkarlığa Kömək Milli Fondunun dövlət başçısının fərmanı ilə ləğv edilməsi, əslində bu Fondun fəaliyyətinin daha da genişləndirilməsi anlamına gəlir. Çünki büdcəsi indiyədək ancaq dövlət vəsaiti hesabına formalaşan Fond, artıq publik hüquqi şəxs statusu alaraq daha geniş hüquqi və maliyyə imkanları əldə edib.
Başqa sözlə, əgər əvvəllər Azərbaycan sahibkarlarının bu Fondun vasitəsi ilə müəyyən bir hissəsi maliyyə vəsaitləri ilə təmin olunurdusa, indi daha çox sahibkar ordusunun yeni yaradılan qurumdan faydalanmaq imkanları var.
Yeni yaradılan Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin daha bir üstünlüyü isə əlavə maliyyə imkanlarına çıxış əldə etməklə dövlətin maliyyə yükünün azaldılmasıdır.
Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu Sahibkarlığa Kömək Milli Fondunun sahib olduğu əmlak və maliyyə vəsaitlərini də özündə saxlayacaq. Fondu iqtisadiyyat nazirinin təyin etdiyi İdarə Heyətinin sədri idarə edəcək. Ancaq bu quruma ictimai nəzarəti həyata keçirmək üçün 5 dövlət qurumdan nümayəndələr də təyin olunacaq. Bu şəxslər Fondun maliyyə vəsaitlərinin xərclənməsi və onun gəlirlərinin müəyyən olunmuş istiqamətə ayrılıb-ayrılmadığına nəzarəti həyata keçirəcəklər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: