Dünya

Gürcüstanda avtobus qoşqu ilə toqquşub,

Metbuat.az

Gürcüstanın Kaspsk bələdiyyəsində avtobus qoşqu ilə toqquşub.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, toqquşma nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə patrul polisi əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb edilib. Xəsarət alanlar xəstəxanay yerləşdirilib.

Toqquşma ilə bağlı araşdırma başlanılıb.