Digər

Gürcüstan sakinindən suyun altında dünya rekordu - VİDEO

Metbuat.az

Gürcüstan sakini Vako Marçilaşvili suyun altında Rubik kublarının quraşdırılması üzrə dünya rekordunu müəyyən edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Marçilaşvili 1 dəqiqə 44 saniyəyə 6 Rubik kubunu müvəffəqiyyətlə yığa bilib.

Əvvəlki nailiyyət 2014-cü ildə qeydə alınmışdı. Amerikalı Entoni Bruksu 1 dəqiqə 18 saniyə ərzində 5 Rubik kubunu yığmağı bacarmışdı.