Ölkə

Gəncədə ər və arvad yol qəzasına düşdü

Metbuat.az

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin Abbas Abbaszadə küçəsi ilə hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində sürücü xəsarət almasa da, maşında olan 1997-ci il təvəllüdlü həyat yoldaşı Aygün Verdiyeva yaralanıb.

Xəstəxanaya aparılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (Report).