Ölkə

Gənc fermerlər üçün təlim

Metbuat.az

“Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində “Gənc fermerlərin kənd təsərrüfatı mallarının Avropa bazarlarına ixracatının stimullaşdırılması” adlı layihə üzrə tədbirləri yekunlaşdırıb.

Publika.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan, Zaqatala rayonunda fermerlərin kənd təsərrüfatı sahəsində fəaliyyətinin stimullaşdırılmasına dəstək məqsədi ilə maarifləndirmə tədbirlərinin keçirilməsidir.

Bu xüsusda, Zaqatala rayonunun xüsusiyyətlərini nəzərə alaraq təşkilat gənc fermerlərə fındığın yetişdirilməsi, emalı və hazır məhsulun Avropa bazarlarına ixracaatı ilə bağlı müvafiq təlimlər keçirib, ilkin iqtisadi start-up layihələrinin yazılması, kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişaf etdirilməsi istiqamətində təlimçi tərəfindən müvafiq məlumatlar verilib.

Layihə çərçivəsində 3 tədbir təşkil edilib, hər tədbirdə 50-dən artıq iştrakçı qatılıb. İştirakçılara layihə çərçivəsində çap olunmuş kitab və bukletlər paylanılıb.

Layihənin sonunda iştirakçılar təşkilatçılara öz minnətdarlığını bildirib və xatirə foto şəkili çəkdirilib.