Digər

FTB dörd rusiyalını saxladı

Metbuat.az

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) dələduzluq məqsədi ilə pul yuyulması və sözləşmədə şübhəli bilinən Rusiyanın dörd vətəndaşını saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Nyu-Yorkdakı Baş konsulluğu bildirib.

“2018-ci il avqustun 1-dən 3-dək olan dövrdə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun Nyu-York bölməsi tərəfindən dələduzluq məqsədi ilə pul yuyulması və sözləşmədə şübhəli bilinən Rusiyanın dörd vətəndaşı saxlanılıb”, - konsulluğun tvitter səhifəsində deyilir.

Diplomatik missiyadan qeyd ediblər ki, onlardan ikisi Los-Ancelesdə, bir Nyu-Yorkda saxlanılıb. Digər rusiyalının olduğu yer aydınlaşdırılır.