Digər

FTB daha bir neçə rusiyalını saxladı

Metbuat.az

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Rusiyanın daha bir neçə vətəndaşını saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Nyu-Yorkdakı Baş konsulluğunun mətbuat xidməti Aleksey Topolskiy bildirib.

“İnsanların tutulması haqqında FTB-dən rəsmi xəbərdarlıq alınıb. Bildirdilər ki, onlar Rusiya vətəndaşlarıdır. Hazırda bu informasiya yoxlanılır”, - o deyib.

Qeyd edək bir neçə gün əvvəl ABŞ-da böyük dələduzluq və pul yuyulması haqqında işin araşdırılması çərçivəsində beş rusiyalı saxlanılmışdı.