Fərid Fərzəliyev: “Burada vətəndaş cəmiyyətinə bütün imkanlar yaradılıb”
“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat sənayesində şəffaflığın artırılmasında sosial şəbəkələrin rolu” layihəsi çərçivəsində Dövlət Neft Fondu Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin rəhbəri Fərid Fərzəliyevdən müsahibə götürüb.
Müsahibəni təqdim edirik.
- Mədən sənayesində şəffaflıq təşəbbüsü hansı zərurətdən
yarandı?
- Məlum olduğu kimi, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT)
neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal
standartdır. Neft, qaz və mineral ehtiyatlarla zəngin olan bir çox
ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə
olunur. “Resursların lənəti” adlanan bu hal çox vaxt şirkətlərin
hökumətə təqdim etdiyi ödənişlər və hökumətin şirkətlərdən
daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı
ilə səciyyəvi olur. MHŞT məhz bu sahədə çatışmayan şəffaflıq və
hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür.
- Azərbaycanın bu prosesdə iştirakını necə
qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, Azərbaycan MHŞT-ni tətbiq etdiyi illərdə
(2003-2017-ci illər) Təşəbbüs üçün ən çox töhvə vermiş və
Təşəbbüsün tətbiqində ilklərə imza atan ölkə olub. Ölkəmiz MHŞT-yə
daxil olan ilk ölkələrdən biri olub, ilk MHŞT hesabatını dərc etmiş
və MHŞT-nin ilk tamhüquqlu üzv statusunu əldə edib. MHŞT tətbiq
olunduğu illər ərzində ölkəmiz 20 hesabat dərc edib. Diqqətinizə
çatdırım ki, 2005-ci ilin martında MHŞT üzrə 2-ci Beynəlxalq
Konfransda MHŞT üzrə Beynəlxalq Məsləhətçi Qrupu (BMQ)
yaradılmışdır və bu sahədə ilk olması və MHŞT-nin tətbiqində mühüm
təcrübə qazanması nəzərə alınaraq, ARDNF-nin İcraçı direktoru,
Azərbaycan MHŞT üzrə Komissiyanın sədri timsalında ölkəmiz BMQ-nin
üzvü seçilib. Sonradan yaradılan MHŞT üzrə Beynəlxalq İdarə
Heyətinə də 2006-2016-cı illər ərzində ölkəmiz dəfələrlə üzv
seçilib. Azərbaycanın Təşəbbüsə verdiyi töhvə və təcrübəsi digər
MHŞT üzv ölkələri tərəfindən hər zaman yüksək qiymətləndirilib.
Dövlətimizin bu sahədə göstərdiyi fəaliyyəti nəticəsində ölkəmiz
beynəlxalq mükafatlara layiq görülüb.
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na
layiq görülüb. Bu mükafatın Azərbaycan üçün nə kimi əhəmiyyəti
var?
- Öncə vurğulamaq istərdim ki, sözügedən hər iki mükafata ölkəmiz
2003-cü ildən MHŞT-nin uğurlu tətbiqi və hasilat sənayesində
beynəlxalq şəffaflıq prinsiplərinə uyğun aparılan fəaliyyəti
nəticəsində layiq görülüb. Bilirsiniz, “Dövlət xidmətində
şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə
“BMT-nin Dövlət Qulluğu Mükafatı” və “MHŞT Mükafatı” ölkəmizdə
şəffaflığın və hesabatlılığın təmin olunmasının əsas
sübutlardandır. Sadalanan mükafatların Azərbaycan üçün ən böyük
əhəmiyyəti ölkəmizin hər zaman beynəlxalq şəffaflıq prinsiplərinə
əsaslanaraq apardığı fəaliyyətin nəticəsində dünya ictimaiyyətinin
etimadının qazandığından və bu fəaliyyətinin yüksək
qiymətləndirilməsindən ibarətdir.
- Qeyd olunur ki, Azərbaycan bu prosesdə ilk gündən
aktiv iştirak edib. Belə olan halda 2017-ci ildə Beynəlxalq İdarə
Heyəti Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə
qərarını necə qiymətləndirmək olar?
- Bildiyinizi kimi, 2015-ci ildə baş tutmuş MHŞT üzrə
Qiymətləndirmənin nəticəsində ölkəmizin MHŞT-dəki tamhüquqlu üzv
statusu namizəd ölkə statusuna endirilib. 2015-ci ildən başlayaraq
Azərbaycana MHŞT çərçivəsində qərəzli mövqe nümayiş etdirilmiş,
MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclaslarında təşəbbüsün
mandatına uyğun olmayan məsələlər müzakirəyə çıxarılmış, ölkəmizin
MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin tələb etdiyi bütün islahedici
tədbirlərin tam icra olunmağına baxmayaraq Azərbaycanın Təşəbbüsdə
üzvlüyü dayandırılıb.
İdarə Heyətinin qərarından sonra Azərbaycan hökuməti bu qərarı ədalətsiz hesab edərək dərhal Təşəbbüsü tərk etdiyini, ancaq MHŞT prinsip və fəlsəfəsinə daim sadiq qalacağını elan edib. Mənim MHŞT-nin ölkəmizdəki tətbiqində 10 illik təcrübəm var idi və bu hadisələrin şahidi olaraq Beynəlxalq İdarə Heyətinin qərarını ədalətsiz hesab edirəm.
- 5 aprel 2017-ci il tarixli fərmanı əsasında Hasilat
Sənayesində Şəffaflıq üzrə Komissiyası təsis edilib. Komissiyanın
fəaliyyəti barədə məlumat verərdiniz.
- MHŞT-ni rəsmi şəkildə tərk etdikdən sonra, 2017-ci il 5 aprel
tarixində Azərbaycan Respublikası Prezidenti “Hasilat sənayesində
şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər
haqqında” Fərman (1315 nömrəli) imzalayıb. Bununla da, Hökumət
Azərbaycanın MHŞT-yə və ya digər beynəlxalq təşəbbüsə üzv
olub-olmamasından asılı olmayaraq, hasilat sənayesində şəffaflıq və
hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəkləyəcəyini və
beynəlxalq standartların tətbiqini davam etdirəcəyini bəyan edib.
Fərmana əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya (HSŞ
Komissiyası) yaradılıb. HSŞ Komissiyasının cari fəaliyyətinin
təşkili məqsədilə HSŞ Komissiyasının Katibliyi (Katiblik)
yaradılmış və Katibliyin funksiyasının həyata keçirilməsi
Azərbaycan Respublikasının Dövlət Neft Fonduna həvalə edilib.
Yeni formalaşdırılmış HSŞ Komissiya dərhal və çox fəal şəkildə işə başlamış və ölkənin hasilat şirkətləri, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla hər bir tərəfə hasilat sənayesi üzrə fikir söyləməyə imkan yaradan məhsuldar əməkdaşlıq formalaşdırmağa nail olub. Komissiya 1 il ərzində 8 iclas keçirib. İclaslarda sadalanmış bütün maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.
Beləliklə, 2017-ci ilin sentyabr ayında HSŞ Komissiyasının Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əməkdaşlığına dair Razılaşma sənədi imzalanıb, HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri nümayəndələrindən ibarət Hasilat Sənayesində Şəffaflıq üzrə ümumiləşdirilmiş hesabatın hazırlanması üzrə İşçi Qrupu yaradılıb, 2016-cı ili əhatə edən ilk HSŞ hesabatı dərc olunub və ümumiyyətlə, bütün cari məsələlər müzakirələrə çıxarılaraq öz həllini tapıb.
- 2016-cı il üzrə hazırlanmış hesabat əvvəlki hesabatdan
nə ilə fərqlənir?
- Öncə vurğulamaq istərdim ki, bu HSŞ prosesində ərsəyə gələn ilk
hesabatdır və bu hesabat beynəlxalq şəffaflıq prinsiplərinin
tələblərinə uyğun hazırlanıb. 2016-cı ili əhatə edən HSŞ üzrə
ümumiləşdirilmiş hesabatı fərqləndirən cəhədlər məlumatların daha
dolğun, oxunaqlı və bəzi məlumatların daha geniş formada
ictimaiyyətə çatdırılmasıdır.
Hesabatda hasilat sənayesinin idarə olunması qaydaları, o cümlədən kəşfiyyat və hasilat hüquqlarının verilməsi qanunları və prosedurları, hasilat sənayesi ilə bağlı hüquqi, inzibati və müqavilə çərçivələri, dövlətin bu sektoru idarə etməsi barədə institusional məsuliyyətləri haqqında məlumatlar ötən ilki hesabatlardan fərqli olaraq daha geniş şəkildə əks olunub. Həmçinin, lisenziyaların verilməsi və qeydiyyatı, benefisiar sahiblik və hasilat sənayesində dövlətin iştirakı haqqında məlumatlar yenilənmiş və ictimaiyyət üçün geniş izahlı formada hesabata əlavə edilib. 2016-cı ili əhatə edən Hasilat Sənayesində Şəffaflıq (HSŞ) Hesabatı 8 dekabr 2017-ci il tarixində açıqlanıb.
- Mədən sənayesi üzrə fəaliyyət göstərən şirkətlər
hesbat verməkdə maraqlıdırlarmı? Bu sahədə hansısa problemlər
yaşanırmı?
- Fərmandan irəli gələn tapşırıqların icrasını təmin etmək
məqsədilə Komissiya tərəfindən Azərbaycanda hasilat sənayesində
fəaliyyət göstərən bütün şirkətlər HSŞ-yə cəlb olunmuş və onlarla
Komissiya arasında yuxarıda qeyd olunmuş Razılaşma imzalanmışdır.
Şirkətlər üçün hər hansı hesabat öhdəliyi adətən əlavə yük olan iş
kimi onlar tərəfindən qəbul edilsə də, şirkətlər anlayır ki indiki
zamanda şəffaflıq trendləri yalnız hökumətlər üçün deyil nəticədə
onların da imici üçün müsbət rol oynayır. Komissiya ilə şirkətlərin
arasındakı Razılaşmaya uyğun olaraq HSŞ-də iştirak edən bütün
şirkətlər 2016-cı ili əhatə edən HSŞ üzrə ilk ümumiləşdirilmiş
hesabatın hazırlanması zamanı Komissiya tərəfindən müəyyən edilmiş
hesabat formalara uyğun olaraq öz hesabatlarını təqdim ediblər.
Hazırda da 2017-ci ili əhatə edən hesabatın hazırlanması üçün
məlumatlar toplanmaqdadır və ümüd edirəm ki ciddi problem
yaşamayacağıq.
- Hasilat sənayesində şəffaflığın təmin edilməsilə bağlı
vətəndaş cəmiyyətilə əməkdaşlıq hansı səviyyədədir?
- Bildirmək istərdim ki, Komissiya yaradıldığı gündən onun üzvləri
əsas tərəflərdən biri olan vətəndaş cəmiyyəti təşkilatları ilə
əməkdaşlıqda yüksək maraq göstərirlər. HSŞ çərçivəsində Komissiya
və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əməkdaşlığın qurulmasına
dair dəfələrlə müzakirələr aparılıb və 2017-ci ilin iyul ayında
Azərbaycan HSŞ üzrə keçiriləcək tədbirlərdə iştirak etmək
niyyətində olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini
əvvəlcədən tədbirlərlə bağlı məlumatlandırmaq və müvafiq sənədlərlə
paylaşmaq məqsədi ilə məhz vətəndaş cəmiyyəti nümayəndələrinin
təklifi ilə HSŞ Komissiyasının Katibliyi tərəfindən istənilən
təşkilat və şəxs üçün açıq olan onlayn şəkildə maraq göstərən bütün
nümayəndələr qeydiyyata alınıb.
Qeydiyyat üçün nəzərdə tutulmuş son tarixdən sonra Katibliyimizə müraciət edən nümayəndələr də qeydiyyatdan keçirilib və qeydiyyata alınmış bütün nümayəndlərin (hal-hazırda 44 nümayəndə) HSŞ fəaliyyətində birbaşa iştirak etmək və öz töhvələrini vermək üçün tərəfimizdən bütün imkanlar yaradılıb.