Dünya

Evbeya adasında fövqəladə vəziyyət rejimi tətbiq edilib

Metbuat.az

Mərkəzi Yunanıstanın qubernatoru Kostas Bakoyannis Evbeya adasında fövqəladə vəziyyət rejimi elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, fövqəladə vəziyyət rejiminin elan edilməsinə səbəb meşə yanğınları olub.

Kostas Bakoyannis bildirib: "Yerli hökumət bütün qüvvəsi ilə kömək edir. Bizim dərdimiz - insanlar və onların mülkiyyətir. Biz indicə bələdiyyədə fövqəladə vəziyyət rejimi elan etmişik. İnsanları polis və yanğınsöndürənlərin göstərişlərinə əməl etməyə çağırırıq".

Bildirilir ki, qubernator hazırda yanğınlar baş verən yerdədir.

Milli.Az