Ermənistanda Paşinyanı tənqid edənlər işdən qovulur – Sosial şəbəkələrdə "LAYK" SENZURASI
Ermənistanda Nikol Paşinyan hökuməti dövlət qurumlarının
əməkdaşlarına qarşı senzura tətbiq edir.
Publika.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti
yazıb.
Qəzet yazır ki, dövlət qurumlarının sosial şəbəkələrdə fəallıq
nümayiş etdirən əməkdaşları sərt şəkildə cəzalandırılır.
“Onları izləyirlər və hökumətin, yaxud Paşinyanın əleyhinə xırda
fikirlərə görə belə sərt şəkildə cəzalandırırlar. Bu günlərdə
maliyyə nazirinin müavinlərindən biri öz tabeçiliyindəki şöbələrdən
birinin rəhbərini yanına dəvət edib. Həmin şəxs sosial şəbəkələrdə
yeni hökuməti tənqid edən şərhləri bəyənirmiş. Məlum olub ki, onun
sosial şəbəkəsi “yuxarılar” tərəfindən izlənilir. Nazir müavini
şöbə müdirini xəbərdarlıq edib ki, bu işə son qoysun, yoxsa onu
işdən qovacaqlar. Məlumatlara görə, yeni hökumət sosial şəbəkəni
ciddi şəkildə izləyir”, - deyə qəzet qeyd edib.
Asif