Ölkə

Ermənistan Azərbaycanı veto ilə təhdid etdi

Metbuat.az

Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük niyyətini bəyan etsə, Ermənistan veto haqqından istifadə edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, KTMT-də olduğu kimi, Avrasiya İqtisadi Birliyində qərarlar iştirakçı ölkələrlə müzakirələrdən sonra verilir.

Anna Naqdalyan xatırladıb ki, eyni zamanda, Azərbaycanın KTMT-yə üzv olma imkanları analitik dairələrdə müzakirə edilir. 

"Əgər bu məsələ gündəmə gəlsə, Ermənistan veto hüququndan istifadə edəcək", - Naqdalyan qeyd edib.

Milli.Az