Ərdoğandan ABŞ-ı lərzəyə salan SÖZLƏR: "Sizin dollarınız varsa..."
“Onların dolları varsa, bizim də Allahımız var”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti
Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Trampın alüminium və
poladın göpmrük rüsumunu artırmasından sonra türk lirəsinin dollar
qarşısında dəyər itirməsi haqda danışarkən bildirib.
Ərdoğan xalqa səslənərək, dollarlarını, avrolarını, qızıllarını
milli valyutaya çevirməyə çağırıb.
“Gəlin, ən böyük müstəqillik savaşını bu sahədə verək. Çünki bunlar
bizi təhdid edirlər. Təhdid ilə bu millətin qarşısını heç vaxt ala
bilməyəcəksiniz. Biz haqdan, hüquqdan anlayırıq, təhdiddən deyil.
Biz nələr görmədik, Beynəlxalq Valyuta Fonduna olan borcumuzu
2013-cü ildə ödədik. Düşdüyümüz yerdən dünən də qalxdıq, bu gün də
qalxarıq. Biz yalnız Allahın hüzurunda səcdəyə əyilərik. Bir rahibə
görə Türkiyəyə hücum etmək yanlışdır. ABŞ-a deyirəm: siz NATO-dakı
ortağınızı bir rahibə dəyişirsiniz”, - deyə o bildirib.
Asif