Dünya

Ekvador venesuelalılar üçün humanitar dəhliz açıb

Metbuat.az

Ekvador hakimiyyəti Venesuela vətəndaşlarının Kolumbiyadan Peruya keçə bilməsi üçün humanitar dəhliz açıb.

Milli.Az "Report"a istinadən bildirir ki, qaçqınları aparan avtobuslar Peruya Ekvadorun şimalında yerləşən Tulkan şəhərindən yollanır.

Ekvador ümumilikdə Peru ilə sərhədə 36 avtobus göndərəcək.

Hazırda Ekvador və Peru Venesuelaya qarşı miqrasiya siyasətini sərtləşdirir: venesuelalıların bu ölkələrə girişi üçün etibarlı xarici pasport tələb olunur. Əvvəllər isə bunun üçün ID-kart kifayət idi.

Milli.Az