Ölkə

DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri işləyəcək

Metbuat.az

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri işləyəcək.

Milli.Az bildirir ki, bu barədə Nazirlikdən Trend-ə verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq, DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək.

Milli.Az