Ölkə
Dəhşətli QƏZA: 15 nəfər öldü
Bolqarıstanda İskırsk dərəsi ərazisində avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 15 nəfər həlak olub.
Nəşrin məlumatına görə, avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Yaralılardan bəzilərinin vəziyyəti kritikdir.
Ölkənin baş naziri Boyko Borisov bildirib ki, avqustun 27-də ölkədə matəm elan ediləcək.