Çinin ilk milli təyyarədaşıyanı sınaqdan keçirildi
Çin ilk təyyarədaşıyanı sınaqdan keçirib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Çinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Syan brifinqdə bildirib.
Onun sözlərinə görə, dəniz sınaqları təhlükəsiz və müvəffəqiyyətlə keçib, gəminin tikintisi nəzərdə tutulmuş plana uyğun davam etdirilir. O əlavə edib ki, sınaqların gedişatında hərbi gəminin avadanlığı və platformasının yoxlanılması üzrə sınaqlar keçirilib.
İlk şəxsi istehsal, ümumilikdə isə ikinci Çin təyyaradaşıyanı olan “Type 001A” 2017-ci ilin aprelində suya endirilib. Onun tikintisi 2013-cü ildən başlanıb. Təyyarədaşıyanın uzunluğu 315, eni 75 metrdir, çəkisi isə 70 min tondur. Çin KİV-i bildirir ki, təyyarədə 36 “Szyan-15” (“J-15”) qırıcısı yerləşdirilə bilər.