Dünya

Çində “Rumbiya” qasırğası nəticəsində 7 nəfər ölüb, 18 nəfər yaralanıb

Metbuat.az

Çində "Rumbiya" tropik qasırğası nəticəsində azı 7 nəfər ölüb, 18 nəfər yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Bundan əvvəl Syuçjoy rayonunda 1 nəfərin öldüyü, 9 nəfərin yaralandığı deyilirdi.

İlkin hesablamalara görə, təbii fəlakət nəticəsində təxminən 69 min hektar əkin sahəsinə, 1800-dən çox evə və digər obyektlərə, infrastruktura ziyan dəyib.

Rayon rəhbərliyi təbii fəlakətin nəticələrini aradan qaldırmaq və zərərçəkənlərə yardım etmək üçün tədbirlər görür.

Milli.Az