"Bu, Tramp və Putinə hədiyyə olardı" - Olbrayt MÜBARİZƏYƏ QOŞULDU
ABŞ-ın sabiq dövlət katibi 81 yaşlı Madlen Olbrayt Konqresə seçkilər üzrə Demokratlar Partiyasının seçkiqabağı kampaniyasına qoşulub.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, o, ABŞ-ın respublikaçı prezidenti Donald Tramp, həmçinin Rusiyanın prezidenti Vladimir Putinin siyasətini tənqid edib.
“Mən heç vaxt görməmişəm ki, ABŞ prezidenti bu qədər avtoritar liderlərlə, xüsusən Putinlə bir sırada dursun. Prezident əvvəllər heç vaxt əsas institutlarımıza və demokratik dəyərlərimizə belə pis münasibət göstərmirdi. Biz sadəcə imkan verə bilmərik ki, bu prezident nəzarətsiz qalsın və bunun üçün noyabrda demokratik Konqresi seçmək lazımdır. Bundan daha azı Trampa və Putinə hədiyyə olardı. Bizdə kursu dəyişmək üçün şans var, biz hərəkət etmək üçün bir saniyəni belə gözləyə bilmirik. Bizim seçkilər gününə qədər edəcəklərimiz nəsillərlə hiss olunacaq”, - Olbraytın Demokratlar Partiyasının tərəfdarlarına ünvanladığı məktubda deyilir.
Bununla əlaqədar olaraq, o, tərəfdarları demokratların seçki kampaniyasına ianələri verməyə çağırıb.
Qeyd edək ki, Olbrayt prezident Bill Klinton dövründə - 1997-2001-ci illərdə dövlət katibi postunu tutub.
Xatırladaq ki, noyabrın 6-da Konqresə seçkilərdə Nümayəndələr Palatasının bütün tərkibi, Senatın isə üçdə biri seçiləcək.