Digər

Bu gün Moskvada Lavrovla Çavuşoğlu görüşəcək

Metbuat.az

Bu gün Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.

Publika.az TASS-a istinadən xəbər verir ki, görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsindəki vəziyyət olacaq.

Görüşdə həmçinin suriyalı qaçqınların geri qaytarılması, qarşıdakı yüksək səviyyəli danışıqların gündəliyi, birgə enerji və milli valyutada qarşılıqlı hesablaşmalarla bağlı layihələr müzakirə mövzusu olacaq.

Xatırladaq ki, Çavuşoğlu və Lavrov sonuncu dəfə avqustun 14-də Ankarada görüşüblər.