Digər

Bir evdə 11 nəfəri öldürdülər - ŞOK

Metbuat.az

Meksikanın şimalında yerləşən Çiuaua ştatının Syudad-Xuares şəhərində bir evə zorla girən naməlum şəxslər 11 nəfəri öldürüblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, öldürülənlər arasında iki qadın var.

Polisin məlumatına görə, bəzi qurbanların bədənlərində işgəncə izləri aşkar edilib.

Qeyd edək ki, Çiuaua ərazisində ABŞ-a narkotiklərin çatdırılmasına nəzarət uğrunda mübarizə aparan bir neçə cinayətkar qruplaşma fəaliyyət göstərir. Bir neçə il əvvəl Syudad-Xuares dünyanın ən kriminal şəhəri adlandırılmışdı. Şəhərdə qətllərin sayı bir il ərzində 3,1 min təşkil edib.