Bayram günü 24 nəfər saxlanılıb - DİN
Respublikanın daxili işlər orqanları tərəfindən avqust ayının 22-dən 23-dək gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a məlumat verilib.
Məlumatda bildirilib ki, ötən gün əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayət açılıb. Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.