Digər

Balkanlarda NATO-nun ilk təyyarə bazası tikiləcək

Metbuat.az

Albaniyanın mərkəzi hissəsində NATO-nun təyyarə bazası tikiləcək.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin baş naziri Edi Rama feysbuk səhifəsində yazıb.

Alban hökumətinin başçısı bildirib ki, baza Kuçova (1950-ci ildən 1990-cı ilə qədər şəhər Stalin adlanırdı) şəhərində köhnə hərbi aerodromun yerində tikiləcək. Baş nazir dəqiqləşdirib ki, layihənin icrası bir il ərzində başlanmalıdır.

Qeyd edək ki, Albaniya 2009-cu ilin aprelindən Şimali Atlantika İttifaqının üzvüdür. Baza NATO-nun Balkanlarda ilk təyyarə bazası olacaq.