Bakıya küçələri süpürən maşınlar gətirilib
Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kompleks tədbirlər hazırlanıb.
Bakı Şəhər İcra hakimiyyətindən Publika.az-a
verilən məlumata görə, tədbirlərin həyata keçirilməsi ilə əsas
magistral yollarda, prospektlərdə zibilin yığışdırılması tamamilə
avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı
ekspertlər cəlb olunub və hazırda onların təklifləri müzakirə
olunur.
Qeyd edilib ki, istənilən halda iş prosesində əl əməyinin qalacağı
nəzərə alınaraq onun minimuma endirilməsi üçün tədbirlər həyata
keçirilir və küçələrdə, xüsusilə də əsas magistral yol və
prospektlərdə təsərrüfat xidmətləri işçilərinin təhlükəsizliyinin
təminatı üçün xəbərdaredici nişanlar hazırlanıb və rayon Mənzil
Kommunal Təsərrüfatı Birliklərinə paylanıb.
Eyni zamanda yeni texnikaların alınması ilə bağlı müxtəlif
şirkətlərlə danışıqlar aparılır. Artıq şəhər təsərrüfatı texnikası
istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şırkətinin
istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək
təsərrüfatçılara verilib. Yeni, müxtəlif təyanatlı texnikaların
alınması istiqamətində işlər davam edir.