Ölkə

Bakıda intihar etmək istəyən şəxs xilas edilib

Metbuat.az

Bakıda intihar etmək istəyən şəxs xilas edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin Nəsimi rayonunda 1 nəfər kişi beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Milli.Az