Ölkə

Bakıda ərəb turist ürək tutmasından öldü

Metbuat.az

Bakıda ərəb turist dünyasını dəyişib.

Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin Nərimanov rayonu ərazisindəki "Caspian Bussines" otelində vəziyyəti pisləşib.

O, təcili yardımla Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.