Ölkə

Bakıda dayanacağın yerində OBYEKT TİKİLDİ

Metbuat.az

Bakıda daha bir dayanacaq zəbt edilərək yerində obyekt tikilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Publika.az-a verdiyi məlumata görə, Binəqədi şosesində Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığında dayanacaq zəbt edilib:

“2017-ci ilin sonlarına qədər burda dayanacaq məntəqəsi mövcud idi. Lakin günün birində ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər ordan keçən piyadalar istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar. Artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər ki, bu da onsuz da təhlükəli olan vəziyyəti daha da ağırlaşdırır”.