Ölkə
Bakıda ağac maşının üstünə aşdı - FOTO
Bakıda güclü külək fəsadlar törədib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 2-də Yasamal rayonu, Hüseyn Cavid prospekti 500-cü məhəllənin həyətində baş verib.
Ağac yaşayış binasının həyətində saxlanılan, bina sakini Hənifə Bayramzadəyə məxsus "Kia Sportage" markalı 10 XA 004 nömrəli avtomobilin üzərinə düşüb.
Nəticədə maşına ciddi ziyan dəyib, xəsarət alan olmayıb.
Milli.Az