Ölkə
Bakı-Sumqayıt yolunda tıxac - Səbəb bu dəfə qəzadır
Bakı-Sumqayıt yolunda yenidən tıxac yaranıb.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, tıxacın yaranmasına səbəb "Shacman" yük maşınının Xırdalan dairəsi yaxınlığında törətdiyi qəza olub.
"Shacman" hərəkətdə olarkən idarəetməni itirib və dəmir maneələrə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Milli.Az