Ölkə

Azərbaycanda çoban bıçaqlanıb

Metbuat.az

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.

Milli.Az "report"-a istinadən bildirir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Xaqani Qara oğlu Allahverdiyev hələ ki, məlum olmayan şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı öncə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Məlumata görə, yaralının vəziyyəti ağırdır. Onun rayon ərazisində çobanlıqla məşğul oluğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az