Azərbaycanda bu məktəbdə 11 məzundan 10-u tələbə adını qazandı - VİDEO
Bərdə rayon Elşən Məmmədov adına Samux kənd orta məktəbi qəbul imtahanlarında ən yüksək nəticə göstərib. Belə ki, bir sinifdə təhsil alan 11 şagirdən 10 nəfər tələbə adını qazanıb.
Milli.Az bildirir ki, ali məktəblərə qəbul imtahanlarında bu sinfi bitirənlərdən 5-i 600-dən, 2-si 500-dən yuxarı bal toplayıb.
Sinfin ən yüksək nəticə göstərən şagirdi Əmikişi Əhmədov 670 bal toplayaraq Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. Digər məzunlar Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Sənaye Universiteti, Heydər Əliyev adına hərbi akademiya, Xarici Dillər Universiteti və başqa ali məktəblərə qəbul olublar.
Qeyd edək ki, 1956-ci ildə faliyət göstərən Samux kənd orta məktəbində hazırda 252 şagird təhsil alır və 35 müəllim çalışır. /xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: