Ölkə

Azərbaycanda ata qızını döyüb

Metbuat.az

Ağstafa rayonunda ata qızını döyərək ona xəsarət yetirib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Azadə İlqar qızı Bukavadze atası tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən A.Bukavadzenin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəyə isə ailə daxili münaqişənin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az