Azərbaycana səfərlər təşkil edən şəxs Ermənistanda HƏBS EDİLDİ - VİDEO
ABŞ tərəfindən fırıldaqçılıq və saxtakarlıq ittihamları ilə İnterpola verilən Adil Öksüzün qardaşı Kemal Öksüz Ermənistanda yaxalanıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Öksüzün ABŞ vətəndaşlığı aldığı və adını Kevin olarak dəyişdirdiyi deyilir.
Yayılan məlumatlara görə, əvvəllər türk əsilli Amerika vətəndaşları və avropalıları birləşdirən QHT-yə rəhbərlik edən Öksüz, bu məqsədlə ara-sıra Türkiyə və Azərbaycana səfərlər təşkil edib.
Öksüzün ABŞ Nümayəndələr palatasına saxta sənədlər təqdim etdiyi, 2013-cü ildə Öksüzün bəzi konqres üzvlərini Azərbaycan və Türkiyədə qonaq etdiyi məlum olub. Bu səyahətlərdə konqresə təqdim edilən sənədlərdə pozuntuya yol verdiyi ortaya çıxan Öksüzün 9 konqres üzvünə və 32 ABŞ-lı səlahiyyətlilərə minlərlə dollar dəyərində hədiyyə verdiyi üçün barəsində həbs qərarı çıxarıldığı açıqlanıb.
Təhməz Təkin
Milli.Az