Azərbaycan liderinin sözləri İrəvanı SİLKƏLƏDİ - Düşmən QORXU İÇİNDƏ
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
işğal olunmuş ərazilərin qaytarılması haqqında dediyi sözlər
İrəvanda təşviş yaradıb.
Publika.az xəbər verir ki, Azərbaycan lideri münaqişənin
yeganə həll yolunun ərazi bütövlüyümüzün bərpa edilməsindən
keçdiyini vurğulayıb.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə
gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü
bərpa edilməlidir... Biz sülh istəyirik, amma biz torpaqlarımızı
istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və
Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh
istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni
əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət
çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz
torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox.
Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim
torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə
Prezident İlham Əliyev qeyd edib.
Erməni politoloq Stepan Safaryan bildirib ki, Ermənistan əraziləri
qaytarmamaq üçün hər şey etməlidir.
“Azərbaycan öz gücündən istifadə edərək, təzyiq göstərir, həmçinin,
Minsk qrupu də Bakının hazırkı mövqeyindən çıxış edir. Paşinyan
Qarabağın danışıqlarda tərəf kimi iştirakını təklif etdi, lakin
Bakı bunu qəbul etmədi, Minsk qrupu də bu məsələ ilə bağlı olmamış
kimi davrandı. Bu, Ermənistanın mövqelərinin zəif olduğunu
göstərir. Lakin biz ərazilərin qaytarılması ilə nəticələnən sülh
prosesinə razılaşmamalıyıq”, - deyə erməni politoloq bildirib.
Safaryan Ermənistanın diqqətini daxili proseslərdən ayıraraq,
Qarabağda müharibəyə hazırlaşmalı olduğunu bildirib.
Erməni hərbi ekspert Mqer Akobyan isə erməni hərbi birləşmələrini
silaha sarılmağa çağırıb.
“Əsas vəzifəmiz Qarabağda əlverişli mövqelərdə cəbhə qurmaq və geri
çəkilməməkdir. Yəni “barıtı quru saxlamalı” və lazım olarsa, hücuma
keçməliyik”, - deyə o bildirib.
Lakin erməni ekspert hazırda Ermənistanın daxili problemlərinin
olmasına diqqət çəkib.
Qeyd edib ki, Ermənistanda siyasi kataklizmlər Azərbaycanın
xeyrinədir və Azərbaycan prezidenti baş verənləri yaxşı
anlayır.
Asif