Digər

Azərbaycan artilleriyaçıları üçüncü oldu - FOTO/VİDEO

Metbuat.az

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər.

Qaliblərin təltif olunması mərasiminin sabah keçiriləcəyi nəzərdə tutulub.