Digər

Azərbaycan artilleriyaçıları “Artilleriya atəşinin ustaları-2018”-in finalına yüksəldi - VİDEO/FOTO

Metbuat.az

“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları-2018” müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan artilleriyaçıları yüksək nəticələr göstərərək müsabiqənin finalına yüksəliblər.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, müsabiqənin final mərhələsi avqustun 8-də keçiriləcək.