Ölkə

Azərbaycan artilleriyaçıları 3-cü yeri tutdu

Metbuat.az

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər. Qaliblərin təltif olunması mərasiminin sabah keçiriləcəyi nəzərdə tutulub.


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla