Ölkə

AZAL bu istiqamətlərdə uçuş vaxtlarını dəyişdi

Metbuat.az

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Moskva, Bağdad və Bodrum reyslərin cədvəlində dəyişiklik edib.

AZAL-dan Publika.az-a verilən məlumata görə, avqustun 3-də qeyd olunan istiqamətlər üzrə hərəkət belə olacaq:

J2 852 Bakı-Moskva 10:40-dan 17:00-a
J2 5011 Bakı-Bağdad 19:00-dan 01:00-a (növbəti gün)
J2 023 Bakı-Bodrum 10:00-dan 14:00-a

J2 851 Moskva-Bakı 14:50-dan 20:10-a
J2 5012 Bağdad-Bakı 22:45-dan 03:45-ə (növbəti gün)
J2 024 Bodrum-Bakı 14:15-dən 18:15-ə

Qeyd edək ki, dəyişiklikdə göstərilən saatlarda yerli vaxt qeyd olunub. AZAL yaranan narahatçılığa görə sərnişinlərdən üzr istəyib.