Dünya

Azadlıq heykəli yaxınlığında yanğın olub: təxminən 3,4 min insan təxliyə edilib

Metbuat.az

ABŞ-da, Liberti adasında yerləşən Azadlıq heykəli yaxınlığında 3 propan balonu yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın səbəbindən adadan 3,4 min insan qayıqlara yaxınlıqdakı adaya təxliyə edilib.

İlkin məlumata əsasən, yanğın inşaatçıların səhvindən baş vermiş ola bilər. İnşaatçılardan biri yüngül yanıq xəsarəti alıb. Hadiə ilə bağlı araşdırmaya başlanılıb.

Hazırda yanğın söndürülüb və ada yenidən insanlar üçün açıqdır.

Milli.Az