Ölkə

Avtomobil atı vurub, sürücü və çapar xəsarət alıb - FOTO

Metbuat.az

Sabirabad rayonunda avtomobil atı vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, qəza bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rusiya qeydiyyatında olan "Hyundai" markalı Р 640 УН 72 dövlət nömrə nişanlı mikroavtobus atı vurub. Nəticədə atın üstündə olan Qaragüney kənd sakini, 2001-ci il təvəllüdlü Mirzağa Əbülfət oğlu İsrafilov xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib. Yüngül xəsarət alan Rusiya vətəndaşı olan sürücüyə hadisə yerində yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az