Ölkə

Avtomobil aşıb, sürücü ağır yaralanıb

Metbuat.az

Çimərlik yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə səhər saatlarında Mingəçevir su anbarı hövzəsindəki çimərlik yolunda baş verib.

Belə ki, dik yoxuşda idarəetmədən çıxan "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü 1984-cü il təvəllüdlü Naftalan şəhər sakini Mustafayev Yasin Nazim oğlu ciddi xəsarət alıb. Yaralı sıxılıb qaldığı avtomobilindən çıxarılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az