Dünya
Avrozonada yeni böhran qaçılmazdır
Avrozona daxili inteqrasiyanı davam etdirməli və qaçılmaz olan yeni böhran barədə düşünməlidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqının (Aİ) iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi bu fikri jurnalistlərə Yunanıstanın xarici maliyyə yardımı proqramından çıxmasını şərh edərkən söyləyib. Müvafiq yardımı Yunanıstan qlobal böhran fonunda 2010-cu ildən bəri alırdı.
Aİ komissarı bundan əvvəl Yunanıstanın iqtisadi yüksəlişə qayıtdığını, ölkənin böyük büdcə kəsirinin büdcə profisitinə çevrildiyini deyib.
Milli.Az