Dünya

Albayraqla La Meyr arasında telefon danışığı oldu

Metbuat.az

Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayraqla Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno La Meyr arasında telefon danışığı olub.

Xəzinə və Maliyyə Nazirliyindən verilən məlumata görə, nazirlər  telefon görüşündə iki ölkə arasındakı iqtisadi əməkdaşlıq və ABŞ-ın Türkiyə əleyhinə sanksiyalarını müzakirə ediblər.

Albayraqla Meyr ABŞ-ın sanksiyalarına qarşı birlikdə və əməkdaşlıq çərçivəsində hərəkət etmək qərarına gəliblər.

Nazirlər avqustun 27-də Parisdə görüşməklə də bağlı razılaşıblar.

Milli.Az