Dünya

Ağzında diş ilə doğulan 12 günlük körpənin

Metbuat.az

İngiltərənin cənub-qərbində yerləşən Plymout şəhərində doğularkən ağzında bir dişi olan 12 günlük körpənin dişi çəkilib.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, İsla-Rose Heasman adlı körpənin anası Jasmin körpəsini bu qədər kiçik yaşda diş həkiminə aparacağını heç düşünmədiyini bildirib. Jasmin “İsla Rosenin dişi sağlam olmadığı üçün çəktirməli olduq. Dişi çəkilərkən heç ağlamadı”deyib.

“Seven Trees” diş mərkəzi İsla Rosenin indiyə qədər müalicə etdikləri ən kiçik xəstə olduğunu deyib. İsra Rose anasteziya verilməyəcək qədər kiçik olduğu üçün dişi çəkilməzdən əvvəl keyləşdirici krem istifadə edilib.

İngilis diş həkimi dərnəyində edilən açıqlamada hər 2 min körpədən 1 körpənin dişlə doğulduğunu, kökləri uyğun şəkildə inkişaf etmədiyi üçün bu dişin zəif olduğu bildirilib. Belə vəziyyətlərdə uşağın dilində yara əmələ gəlməsi və dişin uşağın ağ ciyərinə gedə bilmə riski olduğu bildirlib.


https://metbuat.az/news/1001647/44-yasli-aktrisa-b...