Ölkə

Ağstafada iki maşın toqquşub: 5 yaralı - ADLAR - YENİLƏNİB

Metbuat.az

23:59

Ağstafa rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bunlar - Poylu kənd sakini, 1989-cu il təvəllüdlü Dəmirov Qiyas Qabil oğlu, Kirovka kənd sakini, 1997-ci il təvəllüdlü Əliyev Hüseyn Eldar oğlu və Ağstafa şəhər sakini, Əliyev Məhəmməd Etibar oğludur. Hər üç yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Daha iki nəfərə isə ambulator yardım göstərilib.

22:17

Ağstafa rayonunda 5 nəfərin xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Poylu kəndi yolu ilə hərəkətdə olan "VAZ-21099" markalı avtomobilin digər maşınla toqquşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya aparılan şəxslərin vəziyyətinin qənaətbəxş və normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az