Ölkə

Abşeronda kütləvi dava: 1 nəfər bıçaqlandı

Metbuat.az

Abşeron rayonunda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Mustafayev Rahim Şahin oğlu qəsəbə ərazisində fəaliyyət göstərən "Pəhləvanlar" obyektində kütləvi dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırlıb və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az