Dünya

ABŞ vitse-prezidentindən Türkiyəyə çağırış-təhdid: Trampın səbrini sınamayın

Metbuat.az

ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə ilə bağlı sərt bəyanat verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,  Maykl Pens Tvitter bloqunda paylaşdığı bəyanatında Türkiyəni təhdid edib.

O, rahib Bransonun dərhal azadlığa buraxılmasını tələb edib: "Rahib Branson günahsız bir adamdır, ədalət onun azadlığa buraxlmasını tələb edir. Türkiyə bu məsələdə prezident Trampın nə qədər səbirli və qərarlı olduğunu sınamamalıdır".

O həmçinin vurğulayıb ki, Branson ABŞ-a evə qayıdana qədər Trampla birlikdə bu məsələdə qətiyyət göstərmək niyyətindədir.

Pens onu da bildirib ki, Tramp xaricdə haqsız həbs edilən bütün amerikalıların ABŞ-a dönmələri məsələsində güzəşt etmək niyyətində deyil.

Milli.Az