Digər

ABŞ Suriyada nəzarəti gücləndirir - Radar sistemləri

Metbuat.az

ABŞ Suriyanın şərqində yerləşən bölgələrə nəzarəti artırmaq məqsədilə yeni radarların quraşdırılması haqqında qərar verib.

Publika.az xəbər verir ki, ABŞ-ın İŞİD-lə mübarizə koalisiyası Suriyada xüsusilə kürdlərin məskunlaşdığı Rojava bölgəsində yeni radar sistemləri quraşdıracaq. Sözügedən ərazilərdə yeni radar sistemlərinin quraşdırılmasında məqsəd isə ABŞ-ın Suriyanın şərqində yerləşən Menbiç və Deyr-Əz-Zor şəhərlərinə nəzarəti gücləndirməkdir.

Xatırladaq ki, ABŞ daha əvvəl də Suriyanın şimal və cənub bölgələrində uçuşların qadağan olunduğu ərazilərə nəzarət məqsədilə radar sistemləri quraşdırmışdı.

Könül